ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / HADİSƏ / HƏRBİ / MƏDƏNİYYƏT / İDMAN / SAĞLAMLIQ
30 dekabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün qeyri-hökumət təşkilatlarının iştirakı ilə üçüncü ictimai müzakirə keçirib.

İctimai müzakirədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və qeyri-hökumət təşkilatları iştirak ediblər.
Görüşdə açılış nitqi ilə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva əvvəlcə qeyri-hökumət təşkilatlarını 31 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edib, Agentliyin 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verib. Bildirib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.
Daha sonra QHT-lər ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğuladılar, qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndirdilər.
İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər