» Nobel mükafatı laureatı Aziz Sancar "Türk dünyasının qapısı" olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / MƏDƏNİYYƏT

Nobel mükafatı laureatı Aziz Sancar "Türk dünyasının qapısı" olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib


Azərbaycan Milli Elmlər Akademiyasının dəvətilə Azərbaycana səfərə gələn dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar "Türk dünyasının qapısı" olaraq bilinən Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Aziz Sancar səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dünya şöhrətli alim Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək.

Aziz Sancar AMEA-nın Naxçıvan bölməsi ilə tanış olacaq, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələriylə də görüşəcək.

Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir müşayiət edir.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor