ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / İQTİSADİ / MÜSAHİBƏ / HADİSƏ / MƏDƏNİYYƏT / SAĞLAMLIQ
Dənizkənarı istirahət mərkəzlərinin yeni qiymətləri
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü start götürüb.
Bəzi vətəndaşlar pulsuz çimərliklərə üz tutsalar da, dənizkənarı istirahət mərkəzlərini seçənlərin də sayı az deyil.
Onder.tv “Operativ Media"-a istinadən xəbər verir ki dənizkənarı istirahət mərkəzlərində qiymətləri araşdırıb:
1. "Amburan Beach Club"da istirahət etmək istəyənlər üçün xidmət həftəiçi 25 AZN, həftəsonu 35 AZN-dir, 9 yaşadək olan uşaqlar üçün isə xidmət pulsuzdur.
2. "Sea Breeze Resort"da giriş üçün isə 50 AZN tələb olunur.
3. "Bilgah Beach Hotel"də giriş həftəiçi 45 AZN-dir, həftəsonu isə qiymətlər 55 AZN-ə kimi yüksəlir. Xidmətlərdən istifadə etmək istəyənlər isə həftəiçi 35, həftəsonu 45 AZN ödəməlidirlər. 6-12 yaş uşaqlar üçün həftəiçi 20 AZN, həftəsonu 25 AZN-dir. 6 yaşa qədər uşaqlar üçün isə xidmətlərdən istifadə ödənişsizdir.
4. "Narsharab Restaraunt"da qiymətlər həftəiçi 20 AZN, həftəsonu 25 AZN-dir. Ödəniş 7 yaşdan yuxarı şəxslərdən alınır. Qolbaq və dəsmal üçün 10 AZN depozit tələb olunur, çıxanda ödəniş qaytarılır.
5. "Halikarnas balıkçısı & Hall"da 10 yaşdan yuxarı şəxslər üçün 15 AZN, 5-10 yaş arası uşaqlar üçn isə 5 AZN təşkil edir. 5 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.
6. "Ramada by Wyndham Baku"da qiymətlər 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir.
7. "Mambo Beach & Club"da giriş üçün həftəiçi 25 AZN, həftəsonu 30 AZN tələb olunur.
8. "Sunrise by Green City Resort"da həftəiçi 14 yaşdan yuxarı şəxslər üçün qiymət 25 AZN, cümə günü daxil olmaqla həftəsonu 30 AZN, 5-14 yaş arası şəxslər üçün 15 AZN, 5 yaşadək uşaqlar üçün isə pulsuzdur
9. "Af Hotel Aquapark"da böyüklər üçün qiymət 20 AZN, uşaqlar üçün 15 AZN-dir .
10. "Spring Hotel Resort"da isə həftəiçi 12 yaşdan yuxarı uçaqlar üçün qiymət 20 AZN, 5-12 yaş aralığı uşaqlara 15 AZN, 5 yaşadək uşaqlara isə pulsuzdur, həftəsonu isə qiymətlər 25 AZN, 5-12 yaş uşaqlar üçün 20 AZN təşkil edir.
11. "Glam Beach Baku"da giriş yalnız öncədən rezervasiya ilə mümkündür. Qiymət isə 10 AZN-dir.
12. "Blueplanet Kite Beach"ə getmək istəyənlər giriş üçün böyüklər 30 AZN, 6-14 yaş arası uşaqlar üçün 15 AZN-dir.
13. "Aysberq Resort"da qiymətlər həftəiçi 15 AZN, həftəsonu 20 AZN, 5 yaşadək uşaqlara pulsuz, 5-10 yaşarası uşaqlara isə 10 AZN-dir.
14. "Dalga Beach Aquapark"da qiymətlər həftəiçi 30 AZN, həftəsonu 40 AZN-dir.
15. "Richi beach"da istirahət etmək istəyənlər həftəiçi 20 AZN, həftəsonu isə 25 AZN ödəməlidirlər, 12 yaşadək uşaqlar üçün qiymət 10 AZN-dir.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər