» Gömrük idxal-ixrac əməliyyatları müzakirə edilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

Gömrük idxal-ixrac əməliyyatları müzakirə edilib



Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilati dəstəyi ilə sentyabrın 11-də Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və brokerlər gömrük idxal-ixrac əməliyyatlarını müzakirə ediliblər. Görüşdə Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər gömrük sistemində aparılan islahatlar, prosedurların sadələşməsi, innovativ xidmətlərin istifadəyə verilməsinə toxunaraq, bununla yanaşı bəzi məsələlərin həllini tapması istiqamətində əməkdaşlığın davam etdirildiyini bildirib. O, görüşdə sahibkarları açıq dialoqa dəvət edib.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında qısa məlumat verərək, Konfederasiya ilə birlikdə sahibkarların hüquqlarının qorunmasında və gömrük prosedurları ilə bağlı islahatlarda dəstək verməyə hazır olduqlarını deyib.
Sahibkarlar yüklərin sərhədlərdə yubanması, məsuliyyətli saxlanc, bəzi vaxtlarda sərhəd keçid məntəqələrində uzun növbələrin yaranması, Ələt limanında və hava daşımaçılığında gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması, tranzit yüklərin daşınması zamanı qarışıq və çoxsaylı yüklərin bəyannaməsində tariflərlə bağlı sual və təkliflərlə çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov və Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə hər bir sualla bağlı geniş açıqlamalar veriblər. Sahibkarlara faydalı əməkdaşlıq üçün təşəkkür edən Komitə əməkdaşları qaldırılan məsələləri yazılı formatda da təqdim etməyi xahiş ediblər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor