» Şəhidlərin Vikipediyadan məlumatları silindi

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Şəhidlərin Vikipediyadan məlumatları silindi



Şəhidlərin məqalələrini vikipediyadan silənlər və onları dəstəkləyənlər hamısı dövlətimizə hər zaman düşmənçilik edən, müharibə zamanı Azərbaycanı qınayan, ermənilərlə sosial şəbəkələrdə dostluq edənlərdir. Bu adamlar heç vaxt Şəhidlər Xiyabanını ziyarət etmir. Adlarını kosmopolit, sülhsevər, "no war"çı qoysalar da, ürəklərində Azərbaycana nifrət edirlər. Onların facebookdakı statuslarına, rəylərinə baxın. Tez-tez Azərbaycanı hədəf alır, vətənə xəyanətdə ittiham olunanları müdafiə edirlər. Bu adamların əksəriyyəti tez-tez xarici ölkələrə səfər edirlər. Görünür orada onları ələ ala biliblər.


Ən pisi odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün şəhid olan qəhrəmanlarımızın məqalələrini xaricdən gələn bir tapşırıqla dərhal silən bu vikipediyaçılar sabah dövlət əhəmiyyətli digər məlumatları da xaricdən sifariş alaraq məmnuniyyətlə siləcəklər. Bizim xəbərimiz olmadığı daha hansı məlumatları sildikləri də mütləq araşdırılmalıdır. 


Şəhidlər haqqında olan vikipediya məqalələri hər bir şəhid haqqında dolğun informasiya idi. İstənilən şəxs bu məlumatlar vasitəsilə şəhidlər haqqında ətraflı məlumat ala bilirdi. Belə bir məlumatın silinməsi həm də şəhidlərimizə xəyanətdir.


Şəhid məqalələrinin silinmə tapşırığını icra edən "azərbaycanlı" vikipediyaçılar etiraz edə, cəmiyyəti bu məsələ ilə bağlı məlumatlandıra bilərdi. Amma onlar silmə tapşırığını dərhal icra ediblər.
Bu adamlar nəzarətə götürülməli, aidiyyatı qurumlar tərəfindən barələrində araşdırma aparılaraq hər biri sərt şəkildə cəzalandırılmalıdır.


Şəhid ailələri baş vermiş hadisədən möhkəm qəzəblənmiş, hadisəni törədənlərin məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını, bir daha belə hadisələrin baş verməməsi üçün tədbir görülməsini tələb edir.
Elyar İslamoğlu
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor