ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / HADİSƏ / HƏRBİ
AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ AZƏRBYACAN HƏRB TARİXİ MUZEYİ
“Müstəqillikdən Zəfərə” - 4 il
2024-cü il noyabr ayının 6-da saat 1100-daAzərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsində erməni millətçilərinə qarşı savaşda tarixi qələbənin qazanılmasının dördüncü ildönümünə həsr olunmuş “Müstəqillikdən-Zəfərə!” adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin, idarə və müəssisələrinin, ictimai birliklərin,təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin məruzəsi dinlənilib. O qeyd edib ki, “Dəmir Yumruq” adını almış hərbi əməliyyatların gedişi zamanı Azərbaycan Silahlı Qüvvələri arsenalında olan ən müasir silah və texnikadan yararlanmaqla düşmən ordusuna sarsıdıcı zərbələr endirdi. Müharibənin ilk günlərindən son günlərinə qədər ordumuzun yüksək səviyyədə idarə olunması, qərargahların, zabit, gizir və əsgərlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradı. Ordumuzun şəxsi heyəti döyüşlərdə möhkəm intizam, yüksək hazırlıq nümayiş etdirdi və döyüş hazırlığı prosesində qazandığı nailiyyətləri uğurla tətbiq etdi. Müharibə günlərində ordumuzun hərb sənətinə gətirdiyi taktiki yeniliklər bu gün dünyanın güc mərkəzlərində diqqətlə araşdırılır.
Qeyd olunub ki , noyabrın 9-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının tam məğlubiyyəti - kapitulyasiyası ilə başa çatdı. Noyabrın 10-da gecə saat 3.00 radələrində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev hərbi əməliyyatların dayandırılması və Azərbaycanın Ermənistan üzərində tarixi Zəfərini şərtləndirən Bəyanatı imzaladılar. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməyə məcbur oldu. Beləliklə, Azərbaycan Ordusu dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.
Tədbirdə tarixi Zəfər gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində 5 saylı Uşaq-gənclər inkişaf mərkəzinin üzvlərinin Zəfər sərgisi nümayiş olunub və onların ifasında hərbi-vətənpərvərlik musiqiləri, kompozisiyalar səsləndirilib. Sonda Təltifetmə mərasimi keçirilib. 5 saylı Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Elza xanım Orucovaya və mərkəzin üzvlərinə fəxri fərmanlar tədqim olunub.
Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər