» Təyyarə qəzası qurbanların xatirəsi ABŞ-da yad edildi

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

Təyyarə qəzası qurbanların xatirəsi ABŞ-da yad edildi



Bakı-Qroznı uçuşunu həyata keçirərkən vurulan, pilotların peşəkarlığı sayəsində Qazaxıstanın Aktau şəhərində qəza enişi edən AZAL-ın təyyarəsində həyatını itirən soydaşlarımız Amerika Birləşmiş Ştatlarında yad edilib.

Bu barədə ABŞ-də yaşayan azərbaycanlı fəal Zaur Bayramlı bildirib.

Onun sözlərinə görə, Vaşinqton və ətrafında yaşayan azərbaycanlılar Azərbaycanın və Qazaxıstanın Amerikadakı səfirliklərini ziyarət edərək məlum təyyarə faciəsində həyatlarını itirən soydaşlarımızın xatirəsini anıblar.

Azərbaycan səfirliyində keçirilən görüşdə icmanın nümayəndəsi AZAL-ın keçmiş işçisi, vurulan təyyarəmizin qəhrəman ekipaj üzvləri ilə bir yerdə işləmiş Firudin Məcidov onlarla, xüsusilə mərhum Milli Qəhrəmanımız Hökümə Əliyeva ilə bağlı xoş xatirələrini bölüşüb.

“Qazaxıstan səfirliyində baş konsul Yusip Orunbay və səfirliyin Siyasi Məsələlər üzrə katibi Alem Bolatova Qazaxıstan dövləti və qardaş Qazax xalqının təyyarə faciəsi zamanı göstərdikləri köməyinə və dəstəyə görə təşəkkür etdik. Eyni zamanda həmin təyyarədə həyatlarını itirən Qazaxıstan vətəndaşları üçün başsağlığı verdik”, - deyə Zaur Bayramlı qeyd edib.






Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor