» » Sahibə Qafarova Belarus səfirini qəbul edib

ÖLKƏDƏ / SİYASİ

Sahibə Qafarova Belarus səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Bakıdakı səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Önder.tv xəbər verir ki, görüşdə Andrey Ravkovun səfir kimi ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb.
O cümlədən, ölkələrin beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyəti qeyd olunub.
Görüşdə parlamentlər arasında münasibətlərin ölkələr arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil etdiyi, qanunverici orqanların həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.
Səfir Andrey Ravkov diqqətə və Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə dəstəyə görə təşəkkür edərək, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor