» » Azərbaycan QDİƏT ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ni müzakirə edib

ÖLKƏDƏ

Azərbaycan QDİƏT ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ni müzakirə edib


Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə ölkədə həyata keçirilən bərpa olunan enerji layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsini müzakirə edib.
Önder.tv Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla QDİƏT-in Baş katibi Lazar Komanesku arasında keçirilən görüşdə aparılıb. Layihənin Təşkilat çərçivəsində enerji tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcəyi bildirilib.
Görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə əməkdaşlıq gündəliyində enerji sahəsinə dair məsələlər, həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və qlobal enerji keçidi ilə bağlı müzakirələr aparılıb.
Baş katib Azərbaycanın təşkilatla əməkdaşlığının fəal və konstruktiv olduğunu qeyd edib və ölkəmizin təşkilatın sədri, Enerji İşçi Qrupunun koordinatoru kimi Qara dəniz regionunda çoxşaxəli əlaqələrin inkişafına da töhfə verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi və enerji sahəsində perspektiv imkanlar da nəzərdən keçirilib.
Qeyd edək ki, Azərbaycanın QDİƏT-ə sədrliyi 2025-ci ilin 1 yanvarından 30 iyununa qədər olan dövrü əhatə edir.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor