» » Azərbaycanda 20 Yanvar faciəsi ilə bağlı salınan ilk Şəhidlər Xiyabanı — VİDEO

ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ / HƏRBİ

Azərbaycanda 20 Yanvar faciəsi ilə bağlı salınan ilk Şəhidlər Xiyabanı — VİDEO


Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi düşən 20 yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinə aid ilk Şəhidlər Xiyabanı Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşir. Bu xiyabanın salınmasının təşəbbüskarlarından biri tanınmış ictimai xadim, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının sədri İlham İsmayılovdur. 

Hazırda Qaraçalada yerləşən Şəhidlər Xiyabanı İlham İsmayılov tərəfindən yenidən təmir olunur.

ATXƏM sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında görülən işlərlə bağlı danışıb:

"Biz həmin abidənin açılışını 1991-ci il yanvarın 20-də etmişik. Həmin vaxtlar maliyyə çətinliklərimiz və çoxsaylı maneələr olsa da, onun açılışına nail olduq. Hətta, o vaxt insanlar bunun üçün ianələr toplayırdı. Sonradan həmin ərazilərdə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımız da dəfn edildi. 



Biz bu işləri çox çətinliklərlə görürdük. Çünki bilirsiz ki, Sovet rejimi bu cür işlərin görülməsinə imkan vermirdi, lakin xalqın dəstəyi ilə biz bunu bacardıq. Böyük izdihamlarla ona qarşı gəldik. Bu gün 33 il keçməsinə baxmayaraq, bu hadisələr yaddaşlarımızdan silinmir. Bu, bizim qürur yerimiz olmaqla bərabər, eyni zamanda Azərbaycan xalq hərəkatının, milli azadlıq hərəkatının zirvəsi idi, qürur günümüz idi".

İlham İsmayılov qeyd edib ki, bu gün Azərbaycanda şəhid ailələri və qazilər dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunub:

"Bu gün dövlətimiz tərəfindən şəhid ailələri və qazilərə bütün diqqət və qayğı göstərilir. Cənab Prezident, Ali Baş Komandan biz iş adamlarına dəfələrlə çağırış edib ki, öz növbəmizdə biz də şəhid ailələri və qaziləri diqqətdən kənarda qoymayaq. Bu səbəbdən də hesab edirəm ki, biz iş adamlarının da böyük sosial məsuliyyəti var. Ona görə də könüllü olaraq bu işlərə daim dəstək verməyi özümüzə borc bilirik. Gözləməməliyik ki, dövlət büdcəsindən belə layihələr üçün vəsait ayrılandan sonra iş görülsün. Yəni, "Vətən mənim üçün nə edib yox, mən Vətən üçün nə etmişəm" prinsipi ilə bu məsələlərə yanaşmaq lazımdır. Qaraçalada yerləşən Şəhidlər  Xiyabanında vaxtilə mənimlə könüllü döyüşlərə getmiş şəhidlərimiz uyuyur. İlk şəhidimiz Maqsud İbrahimov adlı bir gənc idi. Xiyabanın girişində onun məzarı yerləşir, ruhları şad olsun, Maqsuda nənəsi baxırdı. İnanın ki, onunla da nəsli dayandı. Bu səhnələr, hadisələr hər birimizin ürəyində dərin iz buraxıb".



ATXƏM sədri qeyd edib ki, Qaraçala Şəhidlər Xiyabanında daimi təmir və bərpa işləri görülməlidir:

"Orada ağacların əkilməsi, abadlıq işləri daimi olaraq görülməlidir. Kimsə də düşünməsin ki, biz bunu reklam olunmaq üçün edirik. Xeyir, əvvəla bura mənim kəndimdir, obamdır. Digər tərəfdən isə cənab Prezidentin tapşırıqları qarşısında özümüzə borc bilərək, bu işlərə öz töhfəmizi verməyə çalışırıq. Dövlətimiz tərəfindən bu sahədə çox böyük işlər həyata keçirilir. Təbii ki, bu işlər bizə də stimul verir. Biz də dövlətimizin və camaatımızın dəstəyi ilə əlimizdən gələni etməyə çalışırıq. Qaraçala Şəhidlər Xiyabanı 1991-ci ildən daimi olaraq əsaslı təmir olunur. Hazırda burada əbədi məşəl yeri düzəltmişik, lakin qaz çəkilməsi ilə bağlı problemlər var. Yəqin ki, yaxın vaxtlarda bu məsələlər də öz həllini tapacaq. 



Digər ərazilərdə də şəhidlərimiz uyuyur, onların ətrafında da təmir-bərpa işləri görülsə yaxşı olardı. İnanıram ki, bu məsələ hər zaman diqqətdə saxlanılacaq və lazımi işlər görüləcək. 

Hesab edirəm ki, bu sahədə şəhidlərimizin məzarları hər zaman diqqətdə saxlanılmalıdır, ehtiyac yaranan kimi təmir edilməlidir. Bu cür işlərə hər kəs öz töhfəsini verməyə borcludur".
 


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor