» » Rayon İcra Hakimiyyətinin başçısı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucovanı yubileyi münasibətilə təbrik etmişdir

ÜMUMİ / ÖLKƏDƏ

Rayon İcra Hakimiyyətinin başçısı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucovanı yubileyi münasibətilə təbrik etmişdir







Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucovanı yubileyi münasibəti ilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı Gülşən Orucovanı yubileyi münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək millətimizin gələcəyi olan təhsil sahəsinin hər zaman ulu öndər Heydər Əliyevin qayğısını hiss etdiyini, xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz dönəmində bu sahəyə xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider tərəfindən qoyulan bu strateji kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yüksək diqqəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət etdiyini, bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verdiyini bildirmişdir.
Sonda Gülşən Orucovaya rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor