» » "Dayaq"Türkiyədə zəzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə,təşkil olunan kampaniyaya qoşulub.

ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / HADİSƏ

"Dayaq"Türkiyədə zəzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə,təşkil olunan kampaniyaya qoşulub.



"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, X-men şirkətinin rəhbəri Vüsal Bayramov, Guess, Santoni, Ayans, Meqa, Armani, Bilyoner, Avva, Versaci, Klimber, Kinq, şirkətlərinin rəhbərləri, iş adamlarıAnar Xasməmmədov, Aqil Mahmudov qardaş ölkəmiz olan Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşuldu.









Bu gün "Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyin önünə gələrək təlafat qurbanlarının ruhlarına dualar oxuyaraq tər qərənfil düzüblər.
Sonra Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə topladıqları zəruri ləvəzimatları Bakı şəhəri Abbas Səhhət küçəsində nəzərdə tutulan Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirərək öz soydaşlıq borclarını yerinə yetiriblər. 
Təşkilat sədri Qalib Əliyev çıxışında qardaş Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların vaxtsız ölümündən kədərləndiklərini, sarsıldıqlarını dərin hüznlə ifadə edib.
Təşkilat rəsmiləri qeyd ediblər ki, Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyənin dərdi, Azərbaycanın dərdidir!
Oğuzdan gələn Azərbaycan Türkiyə qardaşlığı, birliyi daimidir, əbədidir.
Var olsun Azərbaycan Türkiyə qardaşlığı!
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor