» » Rəssamlıq sənətinin inkişafında Leyla Əliyevanın xidmətləri danılmazdır.

ÜMUMİ

Rəssamlıq sənətinin inkişafında Leyla Əliyevanın xidmətləri danılmazdır.

Onder.tv Dogru.az a istinadən tətbiq etdiyi “UĞURLU GƏLƏCƏK NAMİNƏ” lahiyəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqın mədəniyyət və incəsənətinin çoxəsrlik tarixə malik olan sənədlərdən biri olan rəssamlıq sənətinə olan diqqətindən söhbət açacayıq.Azərbaycanın və dünyanın rəssamlarının sərgilərinə qatılan Leyla xanım Əliyeva onların gördüyü əl işlərini hər zaman yüksək qiymətləndiribdir.Bu sənəti diqqətdə saxlamağı ilə həm rəssamlıq sənətinə həm də, rəssamlar üçün yüksək dəyər verdiyini görmək olar.

Bu gün bu sənətə qədəm qoyan hər bir şəxs bu sənətin dərinliyini öyrənərək, Azərbaycan mədəniyyətini dünyada tanıtmaqda davam edirlər.Rəssamların işlərində olan problemlərin müsbət həllinə doğru çalışan Leyla xanım Əliyeva mədəniyyətimizin bir qolu olan rəssamlıq sənətinin daima yaşamasına əvəzsiz xidmət göstərməkdədir. Azərbaycan rəssamları ilə yanaşı dünya şöhrətli rəssamların da yaradıcılığını izləyərək,sərgilərində iştirak edən Leyla xanım Əliyeva duyğu və düşüncələrini özünəməxsus şəkildə diqqətə çatdırmağı bacarıbdır.

Buna nümunə olaraq dünyaca məşhur olan rəssam Vinsent van Qoqanın əsərlərinə şeir həsir etməsi, bununla yanaşı rəssamın əsərlərindən ibarət videoçarx hazırlanması,Leyla xanım Əliyevanın rəssamlıq sənətinə olan əvəzsiz xidmətindən xəbər verir.Portret, mənzərə, məişət və s janrlarda rəsimlər çəkən gənc və tanınmış rəssamlar fəxarətlənirlər ki, onların sənətini uca tutan, diqqətdə saxlayan Leyla xanım Əliyeva kimi bir insan var.Hər zaman olduğu kimi Leyla xanım Əliyeva bu gündə rəssamlıq sənətinin xalqımızın təşəkkülündə böyük rol oynadığını əsas gətirərək, qorunması üçün əlindən gələni əsirgəmir.


Fikirlərimizi Leyla xanım Əliyevanın öz şəxsi sözləri ilə bitirmək istərdik. “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir.Çünki, bu iş insanı sakitləşdirir-nəticə isə uğurlu ola da bilər,olmaya da.Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm.Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir.Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir.Bir sözlə, bu böyük bir həzz deməkdir.Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gə
lir”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor