» » Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

ÜMUMİ

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

 

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar
 


Bu il SpaceX” daşıyıcı raketi vasitəsilə PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır.
Bu barədə Önder.tv-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Bu layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.
“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.
Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.
“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.
Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor