» » Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

ÜMUMİ

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək



Sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq.
Önder.tv xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor