» » MSK-da bələdiyyə seçkiləri ilə bağlı növbəti müraciətlərə baxılıb

ÜMUMİ

MSK-da bələdiyyə seçkiləri ilə bağlı növbəti müraciətlərə baxılıb



Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Önder.tv xəbər verir ki, müraciətləri MSK katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Baxşeyiş Əsgərov, Tofiq Həsənov və İlkin Şahbazov təqdim ediblər.
Bildirilib ki, müraciətlər 71 saylı Cəlilabad şəhər (Cəlilabad bələdiyyəsi), 76 saylı Lənkəran-Masallı (Liman bələdiyyəsi), 113 saylı Qax-Şəki (Aşağı Göynük bələdiyyəsi), 81 saylı İmişli (İmişli bələdiyyəsi) seçki dairələri üzrədir.
MSK-nın qərarına əsasən, 71 saylı Cəlilabad şəhər və 81 saylı İmişli seçki dairəsi üzrə müraciətlər əsassız hesab edilib və bununla bağlı dairə seçki komissiyalarının müvafiq qərarları qüvvədə saxlanılıb.
Digər qərarlarla 113 saylı Qax-Şəki və 76 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə müraciətlər isə şikayətvermə müddətinin vaxtının keçməsi ilə əlaqədar olduğundan şikayətçiyə qaytarılıb.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor