Energetika naziri Pərviz Şahbazov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb. Önder.tv-nin məlumatına görə, bu barədə nazir “X” sosail şəbəkə hesabında paylaşım edib. “Görüşdə təşkilat çərçivəsində enerji əməkdaşlığı, “ECO-UNIDO Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti və regional enerji layihələri ilə bağlı müzakirələr apardıq. “Təmiz Enerji Mərkəzi”nin Bakıda rəsmi açılışı üçün lazımi prosesləri sürətləndirməyi və birgə tədbirlərlə enerji tərəfdaşlığının inkişafına töhfə verməyi razılaşdırdıq”, - deyə paylaşımda qeyd edilib.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər