» » Ötən il 39 məktəb ləğv edilib, 4 məktəbin isə tipi dəyişdirilib

ÜMUMİ / ÖLKƏDƏ

Ötən il 39 məktəb ləğv edilib, 4 məktəbin isə tipi dəyişdirilib


2024-cü ildə Azərbaycanda 39 məktəb ləğv edilib, 25 yenisi yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.
Önder.tv xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi isə Humanitar fənlər təmayüllü lisey olub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu, Çərgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib.
Bununla yanaşı 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor