» » Buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

ÜMUMİ

Buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub


Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 13, 20 və 27 aprel 2025-ci il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Bu barədə Önder.tv-yə DİM-dən məlumat verilib.
Aprelin 13-ü Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran ərazilərində;
Aprelin 20-i Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (I hissə), Gədəbəy, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə), Füzuli, Beyləqan, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) ərazilərində;
Aprelin 27-i Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə (Talış kənd orta məktəbi), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi, Sus kənd tam orta məktəbi), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, gürcü dilində olan məktəblər üzrə.
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
- İmtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.




 


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor