Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir. Önder.tv-nin xəbərinə görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1978-ci il təvəllüdlü İran vətəndaşı Rəhmət Cəbrailnejad Bakıda saxlanılıb. Onun yaşadığı evdən külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. R.Cəbrailnejad aşkar olunan narkotik vasitəni Yasamal rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini və ayrı-ayrı yerlərə çatdırıb maddi qazanc məqsədi ilə əldə etdiyini bildirib. O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub, adı narkotiklə əlaqəli cinayətlərdə keçir. Fakta görə cinayət işi başlanılıb, şübhəli şəxs həbs edilib.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər