» » Mayora hücum edənlər bu maddə ilə ittiham edilir

HADİSƏ

Mayora hücum edənlər bu maddə ilə ittiham edilir

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.

Önder.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, insidentdə iştirak edən kikboksçular cinayət məsuliyyətinə cəlb edilib. 
Bunlar Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovdur.
Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb. 
Prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində  həbsini tələb edir.
Təqdimata Xətai Rayon Məhkəməsində baxılır. 
Qeyd edək ki, insidentə görə Federasiyasının I vitse-prezidenti Ramal Aslanov və Emil Hümbətov da saxlanılıb. Onlar barəsində hansı qərar veriləcəyi hələ ki, bilinmir.
Bu iş üzrə zərərçəkmiş mayor Zeynalov ötən gün saytımıza açıqlama verib. O, insidentin sifarişçisinin Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor