» » Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edilib

HADİSƏ

Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edilib

Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Önder.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor