» » Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO

HADİSƏ

Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO



Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər saxlanılıb.
Önder.tv DİN-ə istinadən xəbər verir ki, fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı Tural Eyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor