» » Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir

HADİSƏ

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir


Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb.
Bu barədə Önder.tv-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Salmanov Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor