» » Bakının bu ərazilərinin sakinləri KÖÇÜRÜLÜR – Yaşayış BİNALARI SÖKÜLƏCƏK

ƏSAS

Bakının bu ərazilərinin sakinləri KÖÇÜRÜLÜR – Yaşayış BİNALARI SÖKÜLƏCƏK


  Yeni ildə Bakıda tikinti-yenidənqurma işləri davam edəcək. Paytaxtın 2 rayonu ərazisində tikinti işləri sürətlənəcək.
Artıq Nərimanov rayonu ərazisində bir neçə ünvanda plana düşən evlərin söküləcəyi ilə bağlı sakinlərə müraciət olunub.
Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, Ağa Nemətulla küçəsində, Xətai prospektində evlər plana düşüb. Tikintini aparacaq podratçı tikinti şirkətləri seçilib və hazırda evlərin söküntüsü ilə bağlı işlərə başlanılıb.
Yeni ildə Xətai rayonu ərazisində də yenidənqurma işləri davam edəcək. İlk olaraq qəzalı binaların söküntüsü ilə bağlı monitorinq aparılıb. Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olması səbəbindən söküləcək.
 
Bundan başqa, Binəqədi, Sabunçu, Səbail rayonları ərazisində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Həmin rayonun ərazisində yerləşən qəzalı evlərin və binaların müəyyənləşməsi üçün monitorinq aparılır.
Qəzalı tikililər aşkarlandıqdan sonra söküntü ilə bağlı vətəndaşlarla razılaşmalar əldə olunacaq və sakinlər köçürüləcək.
Sonda qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində söküntü-tikinti işləri davam edir.

Teq-lər 555

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor