» » Ermənistanın müharibə cinayətləri barədə sənədli video-çarx təqdim olunub

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Ermənistanın müharibə cinayətləri barədə sənədli video-çarx təqdim olunub

“Beynəlxalq Hüquqi Maarifləndirmə və Tədqiqatlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətləri” adlı ingilisdilli videoçaxrın hazırlanması və jurnal-belletinin nəşri” layihəsi çərçivəsində sənədli video-çarxı təqdim edib. Video-çarx 2020-ci ilin Qarabağ savaşındakı qələbəmizi əks etdirməklə yanaşı, eyni zamanda Ermənistanın törətdiyi müharibə cinayətlərindən, dinc əhaliyə, mülki obyeklərə qarşı dövlət terroru törətməsindən bəhs edir.  eyniadlı video-çarxı təqdim edib. Video-çarxda tarixi zəfərimizin mahiyyəti və möhtəşəm qələbəni xalqımıza bəxş edən Azərbaycan ordusunun mükəmməl hücum əməliyyatları tarixçilər və ekspertlər tərəfindən ətraflı təhlil olunur və Vətən savaşının ən yaddaqalan görüntüləri bir daha nümayiş etdirilir.
Sənədli video-çarxda  beynəlxalq hüquq mütəxəssisləri, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini Rahim Məmmədov, hüquq elmləri doktoru, professor həmin fakültənin “Beynəlxalq hüquq” kafedrasının müdiri Əfsər Sadıqov Ermənistanın beynəlxalq qanunlara məhəl qoymayaraq hərbi cinayətlər törətməsini elmi-faktaloji prizmadan şərh edir. Bundan əlavə, 44 günlük müharibədə Çenevrə qanunlarının kobud şəkildə pozulması, Azərbaycanın Gəncə, Bərdə şəhərlərinə qarşı amansız raket hücumu barədə hər iki dildə məlumatlar video-çarxda öz əksini tapır.
Sənədli video-çarx Nyus-media qrup tərəfindən hazırlanmış, həm yerli həm də əcnəbiləri əhatə edən sosial şəbəkə seqmentlərində, çoxminlik auditoriyası olan internet-youtube kanallarında paylaşılması üçün nəzərdə tutulub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor