» » Fuad Nəcəfli ilə görüşən ekspert Hacı Ələsgərov: “Naxçıvan üçün yeni dönəm başlayır”

ƏSAS / ÖLKƏDƏ

Fuad Nəcəfli ilə görüşən ekspert Hacı Ələsgərov: “Naxçıvan üçün yeni dönəm başlayır”



Ekspert Hacı Ələsgərov Naxçıvana yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Bu barədə ekspertin özü bildirib.

“Onu uzun illərdir ki, tanıyıram. Allah onun yolunu açıq eləsin. Bu qərarla da Naxçıvanda yeni dönəm başlayır. Fuad Nəcəfli tanıdığım ən intellektual şəxsiyyətlərdəndir. Və inanıram ki, didərgin düşən vətəndaşlarımız öz doğma yurdlarına geri dönəcəklər. Gözləri aydın olsun naxçıvanlıların. Onlar üçün yeni işıqlı günlər başlayır. Mən Fuad müəllimin potensialına bələdəm. İşgüzar, intellektual və xalqın içindən çıxan şəxsdir”.



Ekspert bu günlərdə Naxçıvanda Fuad Nəcəfli ilə görüşdüyünü qeyd edib. 



“Onu canlı təbrik etmək imkanım oldu. Bu günə qədər bir sıra rəhbər şəxslərlə görüşmüşəm. İşlə bağlı mənim görüşlərim çox olur. Fuad Nəcəfli sadəliyi və təvazökarlığı ilə seçilir. İnanıram ki, cənab prezidentin etimadını yüksək səviyyədə doğruldacaq. Ona uğurlar arzulayıram”.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor