» » Aydın Ağabəyov kikboksinq üzrə hakimlik seminarı keçib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / İDMAN

Aydın Ağabəyov kikboksinq üzrə hakimlik seminarı keçib



Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə hakimlər kollegiyasının sədr müavini beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov hakimlərin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə seminar təşkil edib.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Kikboksinq Federasiyasının I vitse - prezidenti Ramal Aslanov, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov çıxış edərək Azərbaycanda idman sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən, əldə olunan müvəffəqiyyətlərdən, kikboksinq idman növünün hərtərəfli inkişaf etdirilməsindən danışıblar.


Seminarda yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilərək son yeniliklər izah edilib. Həmçinin hakimləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Azərbaycan Kikboksinq Federasiyasının 12 hakiminə birinci dərəcəli hakim kitabçaları təqdim olunub.


Qeyd edək ki, seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.
Sonda seminarda iştirak edən hakimlərə sertifikat təqdim edilib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor