» » Ağdamda Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

Ağdamda Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu




12 yanvar 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Manya Səxavətqızının müəllifi olduğu və Azərbaycan ordusunun zabiti, Qarabağ müharibəsi  şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. “Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təqdimat mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan, cəbhənin Ağdam istiqamətində göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs etmişlər. Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor