» » Hollandiyada yaşayan Azərbaycanlılar və Türklər 20 yanvar faciəsinin 33-cü il dönümünü qeyd ediblər

ƏSAS / ÜMUMİ / DÜNYADA / HADİSƏ / HƏRBİ

Hollandiyada yaşayan Azərbaycanlılar və Türklər 20 yanvar faciəsinin 33-cü il dönümünü qeyd ediblər





​​​

Ötən əsrin 80- ci illərində Azərbaycan xalqının başladığı azadlıq, müstəqillik, dövlətçilik mübarizəsi son 35 il ərzində özünün çətin, lakin şərəfli yolunu keçərək bu gün daha əzmlə davam etməkdədir. Bu mübarizənin yaxın keçmişimizdəki ən şanlı səhifələrindən biri də 1990- cı ilin 20 yanvar hadisələridir.Ona görə də hər il xalqımız Qanlı yanvar gününü sadəcə faciəfi hadisə kimi deyil, həm də Rus imperiyasına qarşı apardığımız mübarizənin dönüş nöqtəsi, gələcək nəsillərə nümunə olacaq bir tarixi hadisə kimi qeyd edir. Dünyanın harasında yaşamalarından asılı olmayaraq hər il azərbaycanlılar 20 yanvar tarixində bir yerə toplanaraq həmin hadisələri, azadlıq uğrunda şəhid olmuş insanları yad edir. Belə bir anım toplantılarından biri də bu gün Niderland krallığının Haaqa şəhərində keçirilmişdir. Həmin şəhərdə yerləşən Hollanda Azərbaycan Türk Kültür dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif diaspora nümayəndələri və Niderland Krallığında yaşayan soydaşlarımız iştirak etmişdir. Giriş sözü ilə tədbir iştirakçılarını salamlayan Hollanda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın Qanlı yanvar hadisələri ilə bağlı fikirlərini qönaqlarla bölüşdü. Təqdim edilən qısa sənədli film imperiya güclərinin əl atdıqları hər cür vəhşilik və qəddarlığa baxmayaraq, xalqımızın azadlıq əzmini, birliyini qıra bilmədiyini əyani olaraq insanlara bir daha çatdırdı.Sonra faciə günündə həlak olmuş şəhidlərin ruhuna dualar oxundu və ehsan verildi. Tədbirdə 20 yanvar hadisələrinin birbaşa şahidi olan insanlar, həm də baş vermiş faciəyə öz münasibətini bildirmək istəyənlər fikirlərini iştirakçılarla bölüşdülər. Qeyd edildi ki, bu gün Ukraynada baş verən hadisələr göstərir ki, insanlığa qarşı törədilən cinayətlərə qarşı dünyanın bütün xalqları birlikdə mübarizə aparmalıdır. Anım mərasiminin sonunda dərnəyin sədri İlhan Aşqın  qonaqlara vaxt tapıb gəldikləri üçün təşəkkür etdi.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor