» » Vikipediya” fəaliyyətinin inkişafında vətənpərvər gənclərimiz xüsusi rol oynayırlar

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

Vikipediya” fəaliyyətinin inkişafında vətənpərvər gənclərimiz xüsusi rol oynayırlar


Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanda “Vikipediya” fəaliyyətinin inkişafında gənclərimiz xüsusi rol oynayır və çoxluq təşkil edirlər.
Bunu AZƏRTAC-a Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. 
Onun sözlərinə görə, “Vikipediya”da fəal olan gənclərimiz Vətən müharibəsi zamanı da “Vikipediya”nın xarici dili bölmələrində uğurla fəaliyyət göstərdilər. Onlar sosial şəbəkələrdə və digər elektron resurslarda müzakirələrdə fəallıq nümayiş etdirirdilər. Vətənpərvər gənclərimiz hər gün milyonlarla insanın daxil olduğu və dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”da əleyhimizə yönəlmiş və həqiqətləri təhrif edənlər məlumatların aradan qaldırılması üçün bütün səyləri ilə çalışırdılar. Həmçinin Vətən müharibəsi, Azərbaycanla bağlı bütün həqiqətlərin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edirdilər.
“Bu gün “Vikipediya” ilə bağlı keçirilən təlimlərdə, bu elektron resursda məqalələrin zənginləşdirilməsində gənclərimiz böyük həvəslə iştirak edirlər. Bu istiqamətdə də əsas uğurlu fəaliyyəti gənclər təşkil edir. Belə ki, təlimlərdə iştirak edən “Qorqud” Vikipediya Metodik Klubunun, AMEA Mərkəzi Elmi kitabxanasının, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişaf İctimai Birliyinin (TAİB) Gənclər Təşkilatında “Viki” klubunun, Bakı Dövlət Universitetinin, İlahiyyat İnstitutunun əsas heyəti gənclərdən ibarətdir. İnanıram ki, biz gənclərimizin malik olduğu potensialla “Vikipediya”da effektiv işlərə imza atacağıq”, - deyə E.Eltürk vurğulayıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor