» » Ergən nikah böyük faciələrin təməlidir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ

Ergən nikah böyük faciələrin təməlidir

         


           İranda azyaşlı uşaqlarla evlənməyi  qanun pərdəsinə bürüyüblər - 13 yaş və evlilk.
Bəli, insan haqlarının, xüsusilə qadın və uşaq hüquqlarının kobud şəkildə pozulduğu İranda erkən nigah geniş təbliq edilir. Molla rejimi 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edir. 
           İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən il yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib və onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub. Son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib. İranda son illər azyaşlıların məcburi evliliyə cəlb olunması halları daha da artıb.  İran Statistika Mərkəzinin verdiyi məlumata görə, qeydə alınan evliliklərin 5 %-i 15-dən az yaşı olan uşaqların payına düşür. 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1 faiz artdığı bildirilir. İranda davamlı olaraq bir sıra millət vəkilləri,    hökumət üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırması istiqamətində həvəsləndirici tədbirlər görülür,  qızların erkən yaşda evləndirilməsi geniş təbliğ olunur. BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.   
                Bu barədə fikirlərini bölüşən  “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin layihə rəhbəri Xanım Əhmədzadə bildirmişdir ki,  Azərbaycan Respublikasında isə nikah yaşı hamı üçün 18 yaş  müəyyən olunmuşdur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin razılığı və onların nikah yaşına çatmaları zəruridir. Ölkəmizdə qadınların rolunun yüksəldilməsi məsələsi həmişə diqqət mərkəzində saxlanılır, erkən nikahlara, qadın zorakılığına  qarşı davamlı mübarizə aparılır. Qadınlar bütün  dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunurlar, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. 
               Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Bu qanunlarda qadınlara qarşı ayrıseçkiliyə yol verən müddəalar yoxdur və insan haqları cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Əksinə qanunverici aktlarda qadınların daha çox  güzəştləri, imtiyazları  və üstünlükləri var. 
 
     Hər bir qızın, qadının  mükəmməl təhsil alması üçün ölkəmizdə çox geniş resurslar mövcuddur. Müəyyən səbəblərdən təhsildən yayılan qızlarla bağlı da dövlət müxtəlif motivasiyalı proqramlar, preventiv tədbirlər həyata keçirir və problemin qarşısının alınmasına dəstək olunur.  Hazırda “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi  cəmiyyətdə baş verən bu kimi problemləri nəzərə alaraq Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir” adlı layihəni icra edir.  Layihənin  icra müddəti 4 aydır və  01.02.2023 –cü il tarixindən icra fəaliyyətinə başlayıb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub.  Layihənin əsas ideyası qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkil edilməsidir. Layihə bu problemin həll olunmasına kömək etməkdən, yaranma səbəblərini ictimaiyyətin  özündən  öyrənməkdən, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə maarifləndirmə tədbirləri təşkil etməkdən,  belə hallarla üzləşmiş qızlar və ailələri ilə görüşlər keçirməkdən bəhs edir.   

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor