» » QHT və Media nümayəndələri Türkiyə səfirliyini ziyarət edib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / HADİSƏ

QHT və Media nümayəndələri Türkiyə səfirliyini ziyarət edib










Bu gün bir qrup QHT və Media nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət ediblər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə baş tutan taziyə ziyarətində səfirlik önündə Türkiyədə zəlzələdə ölənlərin xatirəsi yad olunub, daha sonra səfir Cahit Bağçı ilə görüşüblər. 
Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov, Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, ATXƏM-in icra katibi İlqar İlkin, Cəmiyyət və Vətəndaş Münasibətləri İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, İnkişafa və İslahatlara Dəstək İB-nin sədri Ramil Əliyev, Demokrat.az saytının rəhbəri Vasif Həsənli, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə iştirak ediblər.    
QHT nümayəndələri bildiriblər ki, fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ miqyasına görə son yüzilin ən böyük fəlakətlərindən biridir. Fəlakət baş verən gündən Azərbaycan xalqı bir nəfər kimi qardaş Türkiyə ilə birlik və bərabərlik nümayiş etdirərək, ilk yardıma başlanılmışdır. Azərbaycan QHT-ləri də bu yardım kampanyalarında fəal iştirak edib, zəlzələdən zərər çəkənlərə yardımı təşkil etmək üçün İctimai Dəstək platforması yaradıblar. Bu platformada birləşən təşkilatlar bundan sonra da davamlı olaraq zəlzələdən zərər çəkənlərə öz yardımlarını davam etdirəcəklər. 
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı taziyə ziyarəti üçün təşəkkür edərək, bildirib ki, Azərbaycan Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün yardım edən ölkələrin başında gəlir. Biz bu yardımların göstərilməsində həm dövlətin, həm də Azərbaycan xalqının ürəkdən birlik və bərabərlik içərisində çalışdığını gördük. Bu bizim qardaşlığımızı, birliyimizi daha da gücləndirir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor