» » Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib



Azərbaycan Pediatrlar Assosiasiyası ölkəmizi Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib


Ötən həftə Rusiya pediatriyasının banilərindən biri G.N.Speranskinin 150 illik yubileyinə həsr olunmuş “Pediatriyanın aktual problemləri” mövzusunda Rusiya Pediatrlarının XXIV Konqresi keçirilib.
                
Ümumilikdə dünyanın müxtəlif ölkələrindən 7000-dən çox nümayəndənin iştirak etdiyi konqres çərçivəsində çoxlu sayda elmi simpoziumlar, forumlar və seminarlar təşkil edilib.


Ölkəmiz də konqresdə təmsil olunub. Hibrid formatda olan bu tədbir çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində "Müasir pediatriyanın aktual problemləri" simpoziumunda Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə "Tibbi təhsildə bioetikanın rolu" mövzusunda məruzə ilə çıxış edib. Həmçinin simpoziumda assosiasiyanı təmsil edən - ATU-nun I Uşaq xəstəlikləri kafedrasının professoru, t.e.d., Səbinə Qarayevanın, Il Uşaq xəstəlikləri kafedrasının dosentləri, t.ü.f.d., Fəxriyyə Məmmədovanın və t.ü.f.d., Ülviyyə Hacıyevanın, həmin kafedranın əməkdaşı, t.ü.f.d., Sevinc Muxtarovanın və başqalarının COVID-dən sonrakı dövrdə uşaqlarda keçici miokard işemiyasının diaqnozu, yeni doğulmuşlarda ağciyər patologiyasının diaqnozunda ultrasəsin rolu, körpələrdə çəki problemi və uşaqlarda birləşdirici toxuma displaziyası mövzularına dair məruzələri dinlənilib.


Konqresdə aparıcı yerli və xarici ekspertlər tərəfindən pediatriyanın aktual problemləri, uşaqların effektiv profilaktikası, diaqnostikası, müalicə və reabilitasiyasında müasir yanaşma və digər bu kimi istiqamətlərdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi strategiyalarına dair məsələlər müzakirə edilib, məruzələr təqdim olunub.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor