» » QHT-lər Ermənistana qarşı bəyanat yaydılar

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

QHT-lər Ermənistana qarşı bəyanat yaydılar





QHT-lər Ermənistana qarşı bəyanat yaydılar

post-img
Azərbaycanın bir qrup Qeyri-Hökumət Təşkilatları dumanlı havada yolu azmağından istifadə edilərək əsir götürülmüş Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi və paralel olaraq İrəvanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa Çempionatında milli bayrağımızın yandırılmasına etiraz olaraq bəyanat yayıblar.
Bəyanatda deyilir:
Bildiyimiz kimi, aprelin 12-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər. Üzərindən 2 gün sonra isə İrəvanda Ağır Atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması hadisəsi baş vermişdir. 
Son hər iki hadisə onu göstərir ki, ermənilərin Azərbaycan dövlətinə, xalqına qarşı revanşist iddiaları, separatizm və terroru dəstəkləyən addımları davam edir və Ermənistan dövləti regionda sülh və təhlükəsizliyə qarşı yönələn bu kimi addımları ya bilərəkdən təşkil edir, ya da sadəcə nəzarətə götürmək istəmir. Görünür, Ermənistan daxilində böyük məkrli oyunlar reallaşdıran daşnak xislətli revanşist qüvvələr 44 günlük müharibənin onlar üçün faciəvi nəticələrini yaddan çıxarıblar. Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Ordusu ermənilərin uzun illər işğalda sağladıqları qədim torpaqlarımızı cəmi 44 günə azad edərək, orada kök salmış, möhkəmlənmiş erməni hərbi birləşmələrini darmadağın etdi. Azərbaycan həmin parlaq qələbəsi ilə Ermənistana qarşı BMT-nini məlum qətnamələrini təkbaşına icra etdi və tarixi ədaləti bərpa edərək regionun zorla dəyişdirilmiş coğrafi xəritəsini yerinə qaytardı. Görünür, məğlubiyyətə düçar olan Ermənistan əsir düşmüş köməksiz Azərbaycan əsgərinə işgəncələr verməklə, dövlət bayrağımızı yandırmaqla təsəlli tapmağa çalışır. Lakin unudurlar ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, dəmir yumruq yerindədir. 
Beləliklə, ictimaiyyət nümayəndələri, QHT-ləri olaraq biz Ermənistanda bu kimi anti-Azərbaycan məqsədli cılız və alçaq xislətli addımları şiddətlə qınayırıq və erməni revanşist qüvvələrdən və qonşu dövlətdən bu kimi çirkin yollardan çəkinməyi, Azərbaycan əsgərinə və Azərbaycan bayrağına qarşı uzanan əllərin cəzalandırılmasını tələb edirik. 
Eyni zamanda, Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verən Azərbaycana, onun əsgərinə və bayrağına qarşı edilən bu cür məkrli və çirkin niyyətli rotorikanı əsas gətirərək beynəlxalq təşkilatları, Avropa siyasi və idman qurumlarını Ermənistana təzyiq etməyə, cinayətkarların tezliklə həbs edilməsinə təşviq etməyə çağırırıq !
 
Anar TURAN  “Milli Fikir və İnkişaf Mərkəzi”nin sədri
Mübariz Göyüşlü “Müasir İnkişaf” İctimai Birliyinin sədri
Südeyif İmamverdiyev     TAİB- Türk Dünyası Ağsaqqalları Birliyinin sədri
Səftər Rəhimli “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin sədri
Ceyhun Ələkbərov  “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin Elman Cəfərli  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədr
Ramil Əliyev  “İslahatlara və İnkişafa Dəstək” İctimai Biriyinin sədri Fərid Şahbazlı                      İslahatçı Gənclər İctimai Birliyinin sədri
Asim Vəliyev “Gənclərin töhfəsi” İctimai Birliyinin sədri
Fuad Hüseyinzadə  "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyinin sədri
Ceyhun Bayramlı  “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri
Kamil Həmidov  “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor