» » Dayaq təşkilatı,şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Dayaq təşkilatı,şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib.












“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, “Benilüks” Azərbaycanlıları Konqresi nin tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə 250 nəfərdən ibarət şəhid ailələri və vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil olundu.







“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev, müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçılarını təbrik edib, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın dövlətimizin başçısının rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırdı.
Daha sonra “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri başda olmaqla bütün tədbir iştirakçılarını salamladı. Məcid Məmmədov Ramazan ayının bütün İslam dünyası üçün əhəmiyyətinə diqqət çəkərək Ramazan ayı münasibətilə təbriklərini çatdırdı. 
Qeyd edək ki, iftar süfrəsində şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Vuqar İskəndərov, qeyri-hökumət təşkilatları mətbuat nümayəndələri, iş adamları çıxış edərək iştirak ediblər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor