» » QHT,Agentliyin dəstəyi ilə,tədbir keçrib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT,Agentliyin dəstəyi ilə,tədbir keçrib.



Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 1 may 2023-cü il tarixdə “Sağlam ailə - sağlam uşaq – sağlam cəmiyyət” mövzusunda tədbir keçirildi. Birliyin sədri Gülnarə Vəlixanlı çıxış edərək tədbiri açıq elan etdi. O layihənin məqsədi, layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Ailədə ata və ana tərəfindən nəsillərcə davam etmiş psixoloji şiddətin aradan qaldırılması, şüurlu valideyn və şüurlu uşaq ideyasını cəmiyyətdə tətbiq etmək məqsədilə “Yer üzündə incimiş uşaq qalmayana qədər yazacam.” fikrini irəli sürən, daima ailə-məişət zorakılığına məruz qalmış uşaqlarla, ailələrlə işləyən, bunu “iyi aile yoktur” kitabında detallı qeyd edən Türkiyəli yazıçı Nihan Kayanın kitabını tərcümə edib, insanları bu mövzuda maarifləndirməkdir. Daha sonra, layihənin eksperti, həm də Ailə, Uşaq və Qadın Komitəsi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva çıxış edərək sağlam ailə prinsipləri, onun cəmiyyətə müsbəti təsiri barədə tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra, “İşgəncələr əleyhinə mübarizə” Mərkəzinin sədri Fikrət Cəfərli çıxış edərək bildirdi ki, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Vətəndaşların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sağlam cəmiyyətin formalaşdırılmasına təkan verir. Sağlam inkişaf edən dövlət ilk öncə sağlam ailələrdən formalaşır. Bunun üçün də ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac var.
Sonda, Birliyin sədr müavini Nərmin Kərimova çıxış edərək layihə çərçivəsində nəşr olunan kitab haqqında danışdı. Onun sözlərinə görə, layihə çərçivəsində məşhur Türkiyəli psixoloq Nihal Kayanın “İyi aile yoktur” kitabı tərcümə edilərək nəşr edilmişdir. Kitabda ailədə düzgün valideyn davranışları, sağlam ailə modeli haqqında geniş məlumat verilmişdir. 
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir. 
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor