ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ
vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə səfərdədir
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə səfərdədir-Fotolar






Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri başlayıb.
Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində və müxtəlif görüşlərdə iştirak edəcək və zəlzələdən əziyyət çəkən Kahramanmaraş bölgəsini ziyarət edəcək.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər