» » Vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

Vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.



Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu Azərbaycan nümayəndə heyətini salamlayıb, qurumun fəaliyyəti haqqında məlumat verib. Qurum olaraq Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiyini bildirən S.Aksu Vəqflər Baş İdarəsi və Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu bildirib. Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov Azərbaycan və Türkiyə Respublikalarının dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs etmiş və bu qardaşlığın bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirmişdir. Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva səmimi görüş üçün təşəkkür edib, qurumlararası münasibətlərin daha da möhkəmlənməsi və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.


Görüşdə iştirak edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və Vəqflər Baş İdarəsinin əməkdaşlarının da iştirakı ilə müzakirələr aparılıb.


Daha sonra 44 günlük şanlı Vətən müharibəsi şəhidlərinin övladlarının çəkdiyi rəsmlər əsasında hazırlanan hədiyyə Sinan Aksuya təqdim olunub. Sinan Aksu isə Vəqflər Baş İdarəsinin adından xüsusi hazırlanmış Quranı-kərimi Azərbaycan nümayəndə heyətinə təqdim edib.
İşgüzar görüşün sonunda Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə töhfə verəcək və özündə müştərək fəaliyyəti, gələcək əməkdaşlığı, birgə layihələri əks etdirən “Anlaşma Memorandumu” imzalanıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor