» » GÖMRÜK ORQANLARI ARASINDA KEÇİRİLƏN FUTZAL İDMAN NÖVÜ ÜZRƏ ÇEMPİONATA YEKUN VURULUB

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / İDMAN

GÖMRÜK ORQANLARI ARASINDA KEÇİRİLƏN FUTZAL İDMAN NÖVÜ ÜZRƏ ÇEMPİONATA YEKUN VURULUB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə gömrük orqanları arasında keçirilən futzal idman növü üzrə çempionata yekun vurulub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə aprelin 17-də start götürən çempionatda, ümumilikdə 14 komanda iştirak edib.  
Mayın 10-da Bakı İdman Sarayında çempionatın final oyunları keçirilib. İlk olaraq azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çempionatın son oyunlarına start verilib.  Bakı Baş Gömrük İdarəsi və “Cənub” komandaları 3-cü yer uğrunda mübarizə aparıblar. Bakı Baş Gömrük İdarəsinin komandası 4-3 hesabı ilə qalib gəlib.
Final oyununda Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatının və Naxçıvan Baş Gömrük İdarəsinin komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyun Naxçıvan Baş Gömrük İdarəsinin 3-1 hesablı qələbəsi ilə başa çatıb. 
Mükafatlandırma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu sahənin inkişafında, əhalinin sağlamlığının qorunmasında, gənc nəslin tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, gömrük əməkdaşları arasında da idmanın təbliği, bu sahəyə marağın artırılması, əməkdaşların fərdi bacarıqlarının üzə çıxarılması istiqamətində zəruri addımlar atılır.
Tədbirin sonunda qaliblərə, fərqlənən idmançılara, çempionatın təşkilinə dəstək göstərən qurum və nümayəndələrə, kuboklar, medallar, diplom və təşəkkürnamələr, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən ədalət prinsiplərinə sadiq olan hakim, məşqçi və idmançı nominasiyaları üzrə xüsusi mükafatlar təqdim olunub, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.  
















Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor