» » Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

ƏSAS / ÜMUMİ / DÜNYADA

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib.

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (Güvenlik ve Acil Durumlar Koordinasyon Merkezi – GAMER), Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Ahmet Türkoz və nümayəndə heyəti ilə, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar və nümayəndə heyəti ilə, Türkiyə Respublikası KAMUSEN (Cəmiyyət İşçiləri Həmkarlar İttifaqı Konfederasiyası) rəhbərinin müavini Talip Geylan, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar ilə və digər görüşlər keçirilmişdir.
Görüşlərdə Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf etdiyi, iki ölkənin prezidentləri cənab İlham Əliyev  və cənab Rəcəp Tayyip Ərdoğanın şəxsi dostluq münasibətlərinin bu prosesi, bu qardaşlığı daha da uğurlu gələcəyə apardığı qeyd edilib. Azərbaycan və Türkiyə arasında olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə olan birlik-qardaşlıq münasibətlərinin, vətəndaş cəmiyyəti qurumları arasında da olduğu və bu prosesin davam etdiriləcəyi qeyd edilib.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor