» » "Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

"Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda konfrans keçirilib


Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Milli QHT Forumu, “İnkişafa və İslahatlara Dəstək” İB, “Sabaha inam Sosial İnkişaf” İB, “Zirvə İslahatlara Dəstək” İB, “Gənc Vətənpərvərlər” İB, “Turan” Restoranlar şəbəkəsinin təşkilatçılığı ilə 20 may 2023-cü il tarixində  “Heydər Əliyev və Müasir Azərbaycan” mövzusunda tədbir keçirildi.  
 
Onder.tv, xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev və mübarək şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra, “Öndər” TV-nin təqdimatı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan video-çarx nümayiş edildi.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni tədbiri açıq elan edərək, Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsinin öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və inkişaf etdirmək olduğunu bildirdi. 

Daha sonra, tədbirdə iştirak edən “Türk Ağsaqqalları” İB-nin sədri, AMEA-nın müxbir üzvü,  Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, keçmiş Milli Məclis Deputatı, tibb elmləri doktoru, professor  Sudeyif İmamverdiyev, Səbail rayon Yeni Azərbaycan Partiyasının sədri cənab Muxtar Nağıyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Sirus Abbasbəyli, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova, “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədri Ramil Əliyev, “Zirvə İslahatlara Dəstək” İB-nin sədri Elçin Axundzadə, “Modern ailə” İB-nin sədri Zərifə Quliyeva, “Sabaha inam Sosial İnkişaf” İB”-nin sədri Vüsal Əliyev, “Gənc Vətənpərvərlər” İB-nin sədri  Muğan Əliyev Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında öz dəyərli fikirlərini bildirdilər. Tədbirin rəsmi hissəsi sona çatdıqdan sonra tanınmış müğənni, vokalist, lirik tenor Şahin İsmayılov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bir sıra ifalarını səsləndirdi. Azərbaycan Milli QHT Forumunda təcrübə proqramında iştirak edən, fəal və istedadlı gənclərdən biri olan Rövşanə Balakişiyeva da ifa edərək tədbiri daha da yaddaqalan və maraqlı etdi. Sonda Rauf Zeyni “Turan” Restoran şəbəkəsinin rəhbəri Mübariz bəy və “Leyla Khazri Art Gallery”-nin rəhbəri Leyla xanıma tədbirin keçirilməsində verdikləri dəstəyə görə öz minnətdarlığını bildirdi.
 
Sonda xatirə şəkli çəkildi. 
 
Fotolar






















Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor