» » Milli Qəhrəmanla səmimi görüş

ƏSAS / ÜMUMİ

Milli Qəhrəmanla səmimi görüş

Yanvarın 5-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovla Krasnoyarsk diyarının regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini Azər Mustafayev, Saloğlu Şirkətlər Qrupunun rəhbəri Tacəddin Mustafayev və ehtiyatda olan polkovnik, Birinci Qarabağ Müharibəsinin veteranı Mehman Qədiməliyevin görüşü olub.
"Onder.tv" xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin apardığı uzaqgörən və düşünülmüş siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüzün tam bərpa edilməsi böyük qürur hissi ilə vurğulanıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar dilənib.
Həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait xüsusi qeyd edilib.
Görüş iştirakçıları dünya azərbaycanlılarının həmrəyliyi, xaricdəki soydaşlarımızın cənab Prezidentin ətrafında birləşməsinin önəmini vurğulayıblar. Məhz bu birliyin qarşıdan gələn növbədənkənar prezident seçkilərində də olmasının vacibliyi xatırlanıb.
Milli Qəhrəman İbad Hüseynov ona göstərilən diqqətə görə qonaqlara təşəkkür edərək yeni ildə onların hər birinə uğurlar arzu edib.
Mənalı və yaddaqalan görüşün sonunda xatirə şəkli çəkilib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor