Ötən gün işğaldan azad edilmiş torpaqlara səfər edən Prezident İlham Əliyev Xocalı rayonunun Sığnaq kəndində də olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. İ. Əliyev yaşayış yerlərinin birində Azərbaycan və Türkiyənin bayrağının asıldığını bildirib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı asılmış portretinə “iki qardaş!” deyərək reaksiya verib. Dövlət başçısı qeyd edib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyırdı: “Ordumuz böyük qəhrəmanlıq göstərib işğalçılardan bu kəndləri azad etmişdir”. Prezident növbəti istiqamətin Daşaltı kəndi və Şuşa şəhəri olduğunu vurğulayıb.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər