» » Koronavirus Hadisədə başqa xəstəlik yaratdı

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / HADİSƏ

Koronavirus Hadisədə başqa xəstəlik yaratdı


“Koronavirusa yoluxduqdan sonra başqa bir xəstəliyə tutuldum”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin pop ulduzu Hadisə deyib. O, “O səs” yarışmasının Yeni il buraxılışında “COVID-19” səbəbi ilə çətin günlər yaşadığını bildirib:
“Bu, mənim üçün çətin bir proses idi. Xəstəxanalıq olmadım. Amma bu prosesi xəstəxanada keçirən insanları daha çətin vəziyyətdə gördüm, Şükür etdim! Öz evimdə 2 həftə tək qaldım, 4 həftə fasiləsiz öskürdüm. Başımda dəhşətli ağrılar yarandı. Beş gün dad və qoxu bilmədim, qusmalarım çox oldu. Öskürəyim keçmirdi.
Məni məhv edən qorxu idi. Televizorda davamlı izlədiyimiz pis görüntülər panikaya saldı. Düşünürdüm ki, görəsən, bir daha mahnı oxuya biləcəyəmmi? Yaxşı ki, virusdan xilas oldum, amma qorxularım qaldı. Bu da panik atak (təşviş pozğunluğu) xəstəliyinə tutulmağıma səbəb oldu”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor