» » Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - Foto

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi - Foto




Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, söhbət Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanan Hüseynov Orxan Ələkbər oğlundan gedir.
Sonuncu dəfə oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayan Orxan, Suqovuşan istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 25 yaşlı şəhidimiz bu gün Balakənin Hənifə kəndində, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Orxanın atası Ələkbər Hüseynov bir neçə il öncə vəfat edib. Şəhidimizin anası Sevda Hüseynova isə oğlunun itkin kimi axtarıldığı ərəfədə, 2020-ci ilin dekabrında dünyasını dəyişib. Orxan evin kiçik oğlu olub, subay idi. Bir bacısı, bir qardaşı var.
Emin Səfərov
                                                                                                          
                                                                                 
                                                                
                                                                                                                                                                                                             Bizi Twitterdə izləyin                         
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor