» » Bakının Başkəndlə bağlı qərarı necə ola bilər? – AÇIQLAMA

ƏSAS / ÜMUMİ / SİYASİ

Bakının Başkəndlə bağlı qərarı necə ola bilər? – AÇIQLAMA


Sovet dönəmində Ermənistan SSR-in Azərbaycan SSR ərazisindəki anklavı olan Başkənd hazırda Gədəbəy rayonuna aiddir. Anklav ərazilərdən ən böyük kənd sayılan bu kənd Ermənistanın inzibati-ərazi bölgüsünə görə, Geqarkunik vilayətinə məxsusdur.
Ekspertlər isə hesab edir ki, bu məsələnin müzakirəsi hər tərəfli formada edilməlidir.
Mətbuat.az məsələ ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrənib. O bildirib ki, uzun illərdir işğal altında olan Azərbaycanın səkkiz kəndindən anklav olmayan dörd kənd geri qaytarılsa da, delimitasiya və demarkasiya proseslərində digər kəndlərin məsələlərinə də baxılacaq. Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti suveren ərazilərində, öz torpaqlarında daimi hüquqlarını bərpa edəcək:
"Olduğum dairələrdə heç bir qayda pozuntusuna şahid olmadım" -

“Hal-hazırda gündəlikdə olan məsələ anklav olmayan Qazax rayonunun dörd kəndinin geri qaytarılmasıdır. Artıq ərazinin Azərbaycana aid olduğunu müəyyən edən sərhəd dirəkləri də basdırılır. Həmin kəndlər əsrlərdir bizimdir, orada azərbaycanlılar yaşayıb. O torpaqlar xalqımıza məxsusdur. Ermənilərin isə Qafqaza gəliş tarixi də, necə gəldiyi də bəllidir.
Artıq bu məsələ ilə bağlı baş nazirlər və onların müavinləri səviyyəsində yığıncaqlar keçirilib. Digər məsələlər isə qeyd etdiyimiz kimi, sonrakı proseslərin nəticəsində həll olunacaq”.
Anklav olmayan dörd kəndin əvəzinə Ermənistanın Başkəndi “öz anklavı”kimi geri istəməsi ilə bağlı millət vəkili Cavanşir Feyziyev də Metbuat.az-a açıqlama verib.
Millət vəkili vurğulayıb ki, delimitasiya və demarkasiya üzrə müvafiq komissiyanın rəhbərləri tərəfindən aydın və birmənalı açıqlama verilənədək vətəndaşlar tərəfindən irəli sürülən bütün həll variantları fərziyyədir və Azərbaycanla Ermənistan arasında aparılan danışıqların real məzmununu əks etdirmir:


“Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqların məzmunu əsasən qapalıdır. Doğrudur, bu danışıqlar zamanı müzakirə olunan ayrı-ayrı məsələlər bəzən bu və ya digər tərəfin publik çıxışlarında açıqlanır. Lakin birmənalı fikir yürütmək üçün belə açıqlamalar kifayət etmir. Başkənd Gədəbəy rayonu ərazisində XIX əsrin ortalarında salınmış və indiki Ermənistan sərhədindən 18 km aralıda Azərbaycan ərazisində yerləşən bir kənddir. Başkəndin Ermənistanın işğalı altında qalan digər Azərbaycan eksklavlavları ilə dəyişdirilməsi ideyasını ilk dəfə Nikol Paşinyan 2021- ci il seçkiləri zamanı səsləndirib. Lakin Azərbaycanın rəsmi dairələri tərəfindən bu ideyaya heç bir münasibət bildirilməyib. Bu günə sərhədlərin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlarda əldə olunmuş razılaşma ondan ibarətdir ki, bu mərhələdə yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşən və işğal altında olan, eksklav olmayan 4 kəndin qeyd-şərtsiz Azərbaycana qaytarılması qərara alınıb”.
Cavanşir Feyziyev tarixə nəzərən xatırladıb ki, beş min hektar ərazini əhatə edən Başkənd bütün müasir Ermənistan ərazisi kimi tarixi Azərbaycan torpağıdır.
Millət vəkili onu da qeyd edib ki, indiki Ermənistan ərazisində həm tarixən, həm də bu gün de-yure Azərbaycan ərazisi olan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləri yerləşir ki, onlar da bizim eksklav ərazilərimizdir:
“Tarixdə eksklav ərazilərin qarşılıqlı razılaşma əsasında mübadiləsi təcrübəsi də var. Lakin Azərbaycan dövlətinin təklifi ilə eksklav ərazilərin taleyinin delimitasiya prosesinin daha sonrakı mərhələlərində tərəflər arasında müzakirə olunması qərara alınıb. Ona görə də müxtəlif ictimai diskussiya məkanlarında və mətbuat vasitələrində ərazi mübadiləsi ilə bağlı bu gün irəli sürülən bütün iddialar əsassızdır. Heç şübhə yoxdur ki, Azərbaycan hökümətli bütün məsələlərin, o cümlədən eksklavların qaytarılması məsələsinin milli maraqlarımıza uyğun şəkildə həll olunmasını təmin edəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor