» » “Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasına dəstək olaq” adlı layihənin icrasına start verildi.

ƏSAS / ÜMUMİ

“Şəhid ailələrinin cəmiyyətə sağlam inteqrasiyasına dəstək olaq” adlı layihənin icrasına start verildi.

“Madern İnkişaf və Ailə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etdiyi “ Şəhid Ailələrinin cəmiyyətə Sağlam inteqrasiyası” layihəsi qalib olmuş və layihə üçün ayrılan maliyyə həssas qrupdan olan insanlarımızın cəmiyyətə inteqrasiyasına köməklik məqsədi ilə sərf ediləcək.
Layihənin məqsədi qadınlar daim diqqət mərkəzində saxlanması və unudulmamasıdır. Xüsusilə şəhid ailələrinin diqqət və qayğıya olan ehtiyaclarının ödənilməsi, mənəvi psixoloji vəziyyətinin yaxşılaşdırılması həm dövlətin həm də cəmiyyətin başlıca vəzifəsidir.
Azərbaycanda birinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycana təcavüzü dayanmadığı üçün müharibə iştirakçıları, şəhid ailələri reablitasiya kurslarından keçirilmədirlər. Bu gün isə onun ağır nəticəsi yaşanmaqdadır. Belə ki , müharibədən döndükdən sonra ailə quran müharibə veteranı qadınların dünyaya gətirdikləri övladlarının təxminən 90 faizi nevrotik sindromla dünyaya gəldilər. Uzun illərin müalicəsindən sonra bəzi uşaqların sağlamlıqları normallaşmağa başladı, bir çox hallarda isə müalicələr nəticəsiz qaldı. (Bu faktları adbaad saymaq mükündür.) Sağlam nəsil dünayaya gəlməsi, ümumiyyətlə cəmiyyətin sağlam formalaşması üçün qadınlar diqqətdən kənar qalmamalıdırlar. Əslində dünyaya gələcək uşağın hər iki valideyni sağlam olduğu halda uşaq sağlam doğula bilər. Statistik məlumatlara əsasən sağlam valideyinlərin xəstə övladlarının doğulması halları dünya əhalisi arasında cəmi 2 faiz təşkil edir. Əksər xəstəliklər irsi və həyatda qazanılmış xəstəliklərin davamı kimi təzahür edir. Elə bu baxımdan qadınlara qayğı göstərib oların sağlamlığını düşünmək xeyirxahlığın əsasını təşkil edir. Qadınlar isə öz xəstəliklərinin təxminən 70 faizini bətnində olan övladına ötürə bilirlər. Bundan əlavə hazırda müharibə veteranı şəhid ailəsi, müharibə əlili qadınlarımızın səhhətlərinin vəziyyəti nəzərə alınsa onların reablitasiyasına çox ehtiyac var. Layihəmizin vasitəsi ilə bu xeyirxah işi öz öhdəmizə götürüb müharibədə sağlamlığını itirmiş, psoxoloji travma almış müharibə veteranı, övladını itirib qəfləti aldığı xəbərdən ciddi çəkildə psixoloji zədə almış şəhid ailəsi qadınların reablitasiya prosesinə cəlb edilməsi üçün onların iki günlük istirahət və digər şəhid ailələri ilə görüşlərinin keçirilməsi qərarına gəlmişik.
Üstündən uzun illər keçdiyinə baxmayaraq bu gündə reablitasiya məsələsi aktual xaraklter daşıyır.
Layihəmiz reablitasiya prosesinin müxtəlif şəkildə aparıla bilməsini nəzərə alıb müxtəlif rayonlardan ümumilikdə 50 nəfər şəhid ailəsi qadının mənəvi və mədəni istirahətinin təşkilini nəzərdə tutub.

Müqavilənin icra müddəti 4 aydır və 15.05.2024-cü il tarixindən 15.09.2024-cü il tarixədək olan dövrü əhatə edir.

Layihə rəhbəri Zərifə Quliyeva
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor