» » Səhiyyə Nazirliyi peyvəndlənmənin detallarını açıqladı

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

Səhiyyə Nazirliyi peyvəndlənmənin detallarını açıqladı




“Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən tətbiq ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “COVID-19”la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvəndlərlə bağlı danışarkən bildirib. O qeyd edib ki, vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülüb: 
“Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölünüb. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa vətəndaş evə buraxılır”.
Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydasına gəlincə isə, A. Rüstəmov bildirib ki, peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, peyvəndlərin doğru saxlanılması da şərtdir. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib.
Gülnar Əliyeva
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor