» » QHT Yevlaxda tədbir təşkil etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

QHT Yevlaxda tədbir təşkil etdi






Yevlax rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə KOBİA - Yevlax şəhəri, Aran Regional İnkişaf Mərkəzinin nümayəndəsi Sahib Əmirov, Mərkəzi Aran Regional Məşğulluq filialının, Yevlax rayon xidmət şöbəsinin müdiri Samir Xəlilov və Yevlax rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişdir. 
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, bu günkü tədbirimiz məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır. 
Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, həmin ərazilərin kifayət qədər potensialı vardır. İşğaldan azad edilmiş ərazilərdəstratji bazış ondan ibarətdir ki, əmək bazarının dizayn edilməsi zamanı daha çox özünəməşğulluq tədbiri, ictimai işlərin təşkili, eyni zamanda kvota üzrə iş yerlərinə cəlb etməylə bağlı sərt meyyarların müəyyən edilməsi və təbii ki, özəl sektorun cəlb edilməsi formasında dövlət özəl əməkdaşlıq layihələrində məşğulluq müəssisələrinin yaradılması ilkin mərhələdə hədəf kimi müəyyən edilmişdir. 
Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının KOBİA - Yevlax şəhəri, Aran Regional İnkişaf Mərkəzinin nümayəndəsi Sahib Əmirov, Mərkəzi Aran Regional Məşğulluq filialının, Yevlax rayon xidmət şöbəsinin müdiri Samir Xəlilov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.  
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 



“Regional Sosial-İqtisadi İnkişaf üzrə 
Maarifləndirmə” İctimai Birliyin sədri Elnarə Məhərrəmova
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor